Ermənilər Moskvada ayağa qalxdı: Etirazlar başlayıb VİDEO

15.11.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Moskvadakı Ermənistan səfirliyinin qarşısında Erməni Apostol Kilsəsinə hücumlara qarşı etiraz aksiyası keçirilib.

Globalinfo.az xəbər verir ki, nümayişçilər Ermənistan hakimiyyətini xaos yaratmaqda və cəmiyyətdə nifaq salmaqda ittiham edirlər.

Etirazçılar Paşinyandan Ermənistan Apostol Kilsəsinin həbs olunmuş keşişlərini və kilsəni müdafiə edən iş adamı Samvel Karapetyanın azadlığa buraxılmasını tələb ediblər.

Nümayişçilər hesab edirlər ki, Ermənistan rəhbərliyinin hərəkətləri xaos yaradır və ictimai şüuru zəhərləyir, xalq arasında nifaq salır. Etirazda təxminən 250 nəfər iştirak edib.

Qeyd edək ki, hakimiyyət orqanları ilə Erməni Apostol Kilsəsi arasında baş verən qarşıdurmadan sonra arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Ajapaxyan, yepiskop Mkrtiç Proşyan və Muğni kəndindəki Surb Gevork monastırının rahibi Qaregin Arsenyan müxtəlif ittihamlarla həbs ediliblər.

İyun ayında kilsəni dəstəkləyən bəyanat verən Taşir Qrupunun sahibi Samvel Karapetyan da məhkəməyə qədər həbsdədir.


Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью