Ermənilər müxalifətə nifrət edir Korotçenko

26.11.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan müxalifəti hər şeyi puça çıxarıb və indi güclü olduqlarını nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxırlar. Amma bunun heç bir əhəmiyyəti yoxdur. Onlar Paşinyanı öz siyasi kursunu dəyişməyə məcbur etmək üçün Ermənistan küçələrinə kifayət qədər çox sayda etirazçı çıxara bilərlərmi? Xeyr. Parlament seçkilərində qalib gəliblərmi? Xeyr.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi analitik İqor Korotçenko deyib.

“Ermənilərin əksəriyyəti müxalifətə nifrət edir və ona səs verməyəcək. Reallıq budur. Buna görə də müxalifət istədiyini etməyə çalışa bilər, lakin Azərbaycanın öz ərazilərini geri qaytarmasından sonra regiondakı vəziyyət dəyişməyəcək. Vəziyyət elə bu cürdür. Əgər müxalifət Paşinyanın hakimiyyətdə olduğu təxminən 9 il ərzində onu postundan uzaqlaşdıra bilməyibsə, deməli, mübarizə üsulları effektiv deyil.

Müxalifət liderlərinin özləri də siyasətçi kimi effektiv deyillər, dəfələrlə uğursuzluğa düçar olublar. İndi də uğursuzluğa düçar oldular. Onların təbirincə desək, vaxtilə miskin, boz görkəmli, saqqallı, bel çantası ilə gəzən, hətta özlərinin alçaltdığı Paşinyan qalib gəldi. İndi isə o, 9 ildir dövlət başçısıdır və müxalifət onun öhdəsindən gələ bilmir. Ermənistanın hakimiyyət iyerarxiyasında prezidentin ciddi səlahiyyətləri yoxdur, buna görə də hakimiyyət Paşinyanın əlində cəmləşib. Hələlik Ermənistan müxalifətinin hakimiyyətə gəlmək şansı yoxdur”, - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью