Ermənilər narazı idi: Putin sabah onu qəbul edəcək

04.11.2024

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 5-də Vladimir Putin Ermənistanın Rusiya Federasiyasındakı yeni səfiri Qurgen Arsenyandan etimadnaməsini qəbul edəcək.

Xalqcebhesi.az xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.

Qeyd edək ki, bu ilin avqustunda Ermənistanın Rusiya Federasiyasındakı səfiri təyin edilmiş Qurgen Arsenyan sentyabrın 11-də etimadnaməsinin surətini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinə təqdim edib. Onun Rusiya prezidenti tərəfindən qəbul edilməməsi Ermənistan cəmiyyətində narazılıq yaratmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью