Ermənilər Nizami Rəmzinin mahnısını oğurladı, qızı hərəkətə keçdi: “Nazirlik səviyyəsində …
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Ermənilər atamın ifa etdiyi “Dağlı balasıyam” mahnısını oğurlayıb “Livanlı balasıyam” adı ilə oxuyublar. Bu onların növbəti oğurluğudur.
Bu mahnının musiqisi də, sözləri də atam Nizami Rəmziyə aiddir. Atam onu “Dağlı balasıyam” deyə yazıb, Xızının gözəlliklərinə həsr edib.
Sonra Molla Məhəmməd atamdan xahiş edib ki, olar mən bunu toylarda “Bakılı balasıyam” deyə oxuyum? Atam da deyib ki, götür oxu.
Mən hazırlaşırdım ki, yeni aranjimanda bu mahnını “Dağlı balasıyam” adı ilə oxuyum.
Çünki mən oxuyandan sonra artıq hamı qəbul edir ki, bu mahnı Nizaminindir.
Mahnını “Bakılı balasıyam” adı ilə xalq artisti Eyyub Yaqubov da oxuyub” Bunu Moderator.az -a açıqlamasında meyxanaçı Nizami Rəmzinin qızı Heyran Baxşıyeva deyib.
O daha sonra əlavə edib. “Molla Məhəmməd Bakı toylarında bu mahnını “Dağlı balasıyam” adı ilə oxuya bilməzdi axı.
Tam oxu
Xəbəri oxu