Ermənilər Qarabağda heyvanların kökünü kəsib: Burada düzəməlli quş görmədik | Icma.az
Icma.az, Turkstan.az saytına istinadən bildirir. İşğaldan azad edilən ərazilərdə bəzi vəhşi heyvan növləri bərpa olunub.
Buraya dağ keçilərini, meşələrdə yaşayan cüyürləri aid edə bilərik.
Məsələn, nəsli kəsilməkdə olan Qafqaz tetrasını da azad edilən ərazilərdə görmək mükündür.
Bunu Modern.az-a açıqlamasında Ümumdünya Vəhşi Təbiət Fondu Azərbaycan nümayəndəliyinin rəhbəri, tanınmış zooloq Elşad Əsgərov bildirib.
O qeyd edib ki, Kəlbəcərdə əvvəllər çaqqal, sağsağan, sarı köynək, Göycəqarğaya rast gəlinməzdi: "Biz orada bu quşları da müşahidə etdik.
Ola bilsin ki, iqlim dəyişməsi nəticəsində buraya gəliblər. Həmin quşlar, çaqqallar özü quraqlıq ərazilərə məxsus heyvanlardır.
Ola bilsin ki, iqlim dəyişməsi ilə bağlı quraqlıq getdiyi üçün bu heyvanların da arealları genişlənib”.
Zooloqun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə hələlik ciddi tədqiqatlar aparılmayıb: “Mina təhlükəsi ilə bağlı olaraq alimləri hər yerə buraxılmır.
Tam oxu
Xəbəri oxu