Ermənilər Rusiyadan bunu aldı

09.06.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Mayın 28-də İrəvanda keçirilən hərbi paradda nümayiş etdirilən Rusiyanın “Tor-M2KM” zenit-raket sistemləri Ermənistan tərəfindən nisbətən bu yaxınlarda alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan deyib.

"Parad zamanı bu yaxınlarda aldığımız Rusiyanın “Tor” raketlərini gördünüz", – Asryan bildirib.

Qeyd edək ki, mayın 28-də İrəvanda keçirilən hərbi paradda Ermənistan, Rusiya, Fransa, Hindistan, Çin, İran və Belçika istehsalı olan hərbi texnika və silahlar nümayiş etdirilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью