Icma.az bildirir, Unikal.az portalına istinadən. Ermənistan tərəfi Azərbaycanla təmas xəttində heykəl ucaldıb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, heykəl 1976-cı ildə Azərbaycanın həmin dövrdə Cənubi Qafqaz ölkələrini təsvir edən abidə ucaltmasından sonra yaradılıb.
Bildirilir ki, həmin heykəl Azərbaycanın bölgədə dominant mövqe tutduğunu göstərdiyi üçün ermənilər də sonradan "Arevik"i yaradıblar.
Bildirilir ki, Sovet dövründə Cənubi Qafqaz liderləri bu heykəlin ətrafında tez-tez görüşürlərmiş.
Bu səbəbdən ərazidə polis postu və hökumətin qəbul evi olub.
Dəmirçyan və Köçinyan Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov və Gürcüstanın sabiq prezidenti Zviad Qamsaxurdiya da orada görüş keçiriblər.
Heykəl indi Ermənistanın Tavuş vilayətinin Ayqehovit rayonunun Kayan kəndi yaxınlığında, Azərbaycanla Ermənistanı birləşdirən yolun kənarına qoyulub.
"Arevik" Ermənistan-Azərbaycan sərhədindəki zastavaların arasında boz zonada yerləşdiyindən və ərazi tamamilə minalanmış olduğundan indi ona yaxınlaşmaq mümkün deyil.