Ermənilər “S.O.S”u oğurladılar Video

20.04.2025

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xalq artisti Aygün Kazımovanın qlobal trendə düşən “S.O.S” hiti ermənilər tərəfindən oğurlanıb.

Axşam.az xəbər verir ki, erməni qarmon ifaçısı Toros Papoyan bəstəni ifa edib. O, bir neçə gün öncə yutubda yayımladığı mahnının müəllifi kimi də özünü qeyd edib.

Qeyd edək ki, A.Kazımovanın  “S.O.S” mahnısı 2024-cü ilin iyulunda təqdim edilib.  Yutubda 42  milyondan çox izlənən mahmının sözləri Orxan Qarabasmaya, musiqisi isə Kazımcana aiddir. Bu günlərdə isə “S.O.S” qlobal trendə düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью