Ermənilər Suriyadan köçür | Icma.az
Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
- + Suriyada baş verən hadisələrdən sonra bu ölkədə yaşayan ermənilər kütləvi şəkildə Ermənistana köçməyə başlayıblar.
Tribunainfo.az xəbər verir ki, hazırda Dəməşq hava limanı işləmədiyindən onlar Livan üzərindən İrəvana uçuşlar edirlər.
Yerli medianın xəbərinə görə, təkcə dünən Beyrut-İrəvan reysi üzrə 4 üçuş həyata keçirilib.
Maraqlıdır ki, İrəvan hökuməti bu məsələdə aktivdir və onların köçünü təşkil etmək üçün əlavə reyslər ayırmağa başlayıb.
Ermənilər köçlərini oradakı vəziyyətin pis olması ilə əsaslandırırlar. Lakin burada başqa mətləblərin olması istisna deyil.
Əvvəla, Suriyadakı ermənilər dinc oturmayaraq, Bəşər Əsədi devirmiş yeni qüvvələrə qarşı çıxmağa başlamışdılar.
Hətta onların silahlı dəstələri PKK-ya qoşularaq, onlarla birlikdə savaşacaqlarını bəyan ediblər.
Tam oxu
Xəbəri oxu