Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Ermənisnın Armavir bölgəsinin Xancyan və Atsik kəndlərinin sakinləri yolu bağlayıblar.
Kəndlilərin narazılığı kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı uzun müddət davam edən problemlələ bağlıdır.
“Cebheinfo.az” erməni mətbuatına istinadən xəbər verir ki, yerli administrasiya rəhbəri tələsik hadisə yerinə gəlb.
Qəzəbli kəndlilər ona narazılıqlarını bildiriblər.
"Gözləyə bilərik, amma meyvələr gözləyə bilmir. Ərik gözləyə bilmir!", - deyə sakinlər qışqırıblar.
Kəndliləri sakitləşdirmək üçün administrasiya rəhbəri bu cür hərəkətlərə son qoyulmasını tələb edib.
O, hazırda İqtisadiyyat Nazirliyində regional qubernatorla görüşün keçirildiyini və məsələnin beləliklə həll olunacağını bildirib.
Kəndlilərə bildirilib ki, məhsulların bir hissəsi quru meyvə istehsalçıları tərəfindən alınacaq, bir hissəsi ixrac ediləcək, qalan hissəsi isə konservləşdiriləcək. Sakinlər məsələnin həm də qiymətlə bağlı olduğunu, ucuz satmağa razı olmadıqlarını bildirdilər.
Administrasiya rəhbəri yenidən saat 18:00-da görüşməyi təklif edib, amma bu dəfə görüş yolda yox, kənddə olmaldır. Kəndlilər yolu müvəqqəti açıblar, lakin sabah yenidən bağlamağı və problem tam həll olunana qədər bağlı saxlamağı planlaşdırırlar.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin