Ermənilərdən Samirənin qucaqlamaq jestinə REAKSİYA

26.11.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Astana Beynəlxalq Musiqi Müsabiqəsinin finalında Ermənistan təmsilçisinə 12 xal verərək onu qucaqlayan azərbaycanlı müğənni Samirə Əfəndi qızğın müzakirələrin mərkəzinə düşüb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “ABC media” nəşri məlumat yayıb.

Nəşr S.Əfəndinin bu davranışı ilə peşəkarlıq nümayiş etdirdiyini və siyasətə qoşulmadan sənəti ilə məşğul olduğunu yazıb.

Həmçinin onun tənqidlərə reaksiyasını tirajlayıb:

“Bir veteranın qızı, bir generalın nəvəsi, bu ölkənin vətəndaşı kimi mən inanıram ki, gələcək gənclərin əlindədir. Təbii ki, biz tarixi unutmayacağıq və unudulmasına imkan verməyəcəyik. Mən dövlət başçımızın apardığı sülhsevər siyasətə əməl etməyə çalışıram. İnanıram ki, ölkəni xaricdə təmsil edən və diqqət mərkəzində olan hər kəs sülhün qurulması üçün kiçik körpü yaratmalıdır”, – S.Əfəndiyeva qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью