Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransa prezidenti Emmanuel Makron dünən Budapeştdə Avropa Siyasi Birliyinin zirvə toplantısında Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında sülh sənədi imzalamağın vacibliyindən danışıb.
“Ermənistan və Azərbaycan arasında gələcək qurmaq üçün mümkün olan hər şeyi etmək çox mühümdür.
Ümid edirəm ki, sülh müqaviləsi imzalanacaq”,- deyib. “Biz avropalılar artıq imperializmi, qitədə sərhədlərin yenidən dəyişdiriməsini istəmi
İmperializm məsələsində Makron doğrudanmı səmimidir? O zaman rəsmi Paris XXI əsrdə də neokolonializm siyasətindən niyə əl çəkmir görəsən?
Onlarla xalqın azadlıq və müstəqillik istəyini nə üçün boğur?..
Sərhədlərin dəyişdirilməməsinin zəruriyinə gəlincə, niyə Azərbaycan torpaqlarının 20 faizi on illərlə erməni işğalı altında olanda belə bəyanatlar verilmirdi?
E.Makron 2017-ci ildən Fransanı idarə edir. 44 günlük müharibəyə 3 il qalmış o, ölkəsinin prezidenti seçilib.