Ermənilərin baş taktiki yenidən Müdafiə Nazirliyinə

28.11.2024

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nəşr yazıb ki, ermənilərin İkinci Qarabağ müharibəsindən sonra Müdafiə Nazirliyində daha çox nifrət etdikləri Artsrun Hovanisyana yenidən vəzifə verilib.
Artsrun dediyini deyir: "Qaçmamışıq, taktiki geri çəkilmişik" “Artsrun Ermənistan Respublikası Müdafiə Nazirliyinə qayıdıb. 2020-ci il müharibəsindən sonra uzun müddət işsiz qalan Hovanisyan Ermənistan Respublikasının Milli Müdafiə Komitəsinə ekspert təyin edilib",-məqalədə yazılıb. Qeyd edilib ki, ona Andranik Köçaryan kömək edib.
“Joqovurd” qəzetinin əməkdaşları onu da araşdıraraq öyrəniblər ki, ermənilərin "baş taktiki" artıq bir ildir ki, Milli Müdafiə Komitəsində fəaliyyətini dayandırıbmış. O, “Joqovurd”a açıqlamasında hansı sahədə çalışdığını deməyib.
Xatırladaq ki, Artsrun İkinci Qarabağ müharibəsindəki yalan dolu açıqlamaları, "taktiki geri çəkilmələr etmişik" kimi sayıqlamaları ilə ad çıxarmışdı. O, 2021-ci ilin aprelində istefa verib.
Tural Tağıyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью