Ermənilərin çox pis keçmişi var Qaro Paylan

28.11.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması regionda yeni mərhələnin başlanğıcı olmalıdır.

Modern.az xəbər verir ki, bunu Karnegi Fondunun eksperti, Türkiyə parlamentinin keçmiş erməni əsilli deputatı Qaro Paylan Ermənistanın İctimai Televiziyasının efirində deyib.

O, Birinci Qarabağ müharibəsi nəticəsində azərbaycanlıların öz doğma yurdlarından didərgin düşdüyünü xatırladıb.

“Əgər sülh müqaviləsi imzalanarsa, həmin andan gələcəyə baxmalıyıq. İndi keçmişi müzakirə etmirik. Çünki ermənilərin çox pis keçmişi var”.

Paylan tərəflərin münaqişələrə son qoymaq, yoxsa qarşıdurmanı davam etdirmək arasında seçim etməli olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью