Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Son aylar Gürcüstanda baş verən ictimai-siyasi prosesləri izlədikdən sonra belə nəticəyə gəlirəm ki, oradakı soydaşlarımız özlərini Gürcüstan vətəndaşları kim hiss edir, belə təqdim edir və bununla fəxr edirlər...
Gürcülər belə bir mühiti oradakı azərbaycanlılar üçün yaradıb.
Bəs ermənilər öz ölkələri sayılan ərazidə soydaşlarımız üçün uyğun bir şərait yaradacaqlar, yoxsa yox?..” “Bildiyiniz kimi, bu günlərdə parlamentdə Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirildi.
Siz demək olar ki, Qarabağın işğal altında olduğu bütün müddət ərzində o torpaqların azad edilməsi və son nəticədə köçkün soydaşlarımızın öz yurdlarına qayıdışı uğrunda mübarizə aparmış bir hərəkatın lideri olaraq həm Qarabağ, həm də Ermənistan ermənilərinin etnopsixoloji xarakterinə, eyni zamanda Ermənistanın müxtəlif siyasi dairələrinin düşüncələrinə yetərincə bələd olmuş biri kimi soydaşlarımızın Qərbi Azərbaycana, yəni hüquqi cəhətdən Ermənistanın olan bir əraziyə qayıdışını və yenidən ermənilərlə yanaşı yaşayışını necə təsəvvür edirsiz?” Moderator.az əməkdaşının bu sualını 1993-2022-ci illərdə Qarabağ Azadlıq Hərəkatının(2000-ci ildən Təşkilat adlandırılmış) rəhbəri olmuş Azad Vətən Partiyasının sədri Akif Nağı belə cavablandırıb: “Maraqlı və düşündürücü sualdır.
Təbii ki, Ermənistana, “Ermənistan” adlanan tarixi torpaqlarımıza soydaşlarımızın qayıtması asan bir proses olmayacaqdır.
Bu yolda bir çox çətinliklər var. Burada məsələnin iki tərəfini qabartmaq olar.
Birincisi, emrənilər bununla razılaşacaqlarmı və hansı amillərin təsiri altında razılaşa bilərlər?