Ermənilərin qazanc yeri: Yerablurdakı məzarların üzərindən oğurlanan və satılan güllər

13.01.2025

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın İrəvan şəhərinin kənarındakı təpənin başında hərbi qəbiristanlıq yerləşir ki, ermənilər onun adına Yerablur deyirlər. 1988-ci ildən Yerablurda Qarabağ münaqişəsi zamanı həlak olmuş erməni əsgərlərini dəfn edirdilər, yaxud da quylayırdılar. Ermənilərin “ müqəddəs” məkanına və ziyarətgahına çevrilmiş bu qəbiristanlıqdan ermənilərin iç üzünü ortaya qoyan bir hadisə baş verib.

 Adalet.az xəbər verir ki, 04 yanvar 2025-ci il tarixdə Ermənistan İstintaq Komitəsinin başlanmış cinayət işi üzrə ibtidai istintaq zamanı faktiki məlumatlar əldə edil ki, Yerablurdakı hərbçi qəbirlərinin üzərindən gül oğurlanıb.
Beləki, 2 yanvar 2025-ci il tarixində bir qrup şəxs "Yerablur" panteonunda dəfn edilmiş iki hərbçinin məzarlarından valideynləri tərəfindən qoyulmuş gülləri oğurlayıb. Bundan sonra oğurlanan güllər İrəvanın Şimal prospektində bir ədədi 500-dən (1.24664 ABŞ dolları) 1000 AMD-yə qədər satılıb.
Oğrulardan cəmi ikisi tutulub və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, iki dəfə İrəvanın müxtəlif səmtlərində, müxtəlif şəxsləri tərəfindən Qarabağda ölmüş hərbçilərin foto və barelyefləri təhqir olunub.

 Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью