Ermənilərin sayı AZALIR

03.02.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan Respublikasının son rəsmi statistikasına görə, 2025-ci ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə əsas demoqrafik göstəricilərdə əhəmiyyətli dərəcədə pisləşmə qeydə alınıb.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan parlamentinin deputatı Tadevos Avetisyan belə açıqlama verib. 

“Əhalinin həyat qabiliyyətliliyi, yəni doğumların ölümlərə nisbəti təxminən 6 faiz bəndi azalaraq 127 faiz təşkil edib. Təbii əhali artımı-doğum və ölüm sayı arasındakı fərq, 1383 nəfər və ya 18 faiz azalaraq 6228 nəfər təşkil edib. 

Doğulanların sayı təxminən 1524 nəfər və ya 5 faiz azalaraq 29 337 nəfər təşkil edib. Ölümlərin sayı praktik olaraq eyni səviyyədə qalıb. Nikahların sayında 1643 və ya 12 faiz azalma baş verərək 12 672-yə düşüb.  

Boşanmaların sayı təxminən 140 və ya 3 faiz artımla 4419 olub. 1 yaşa qədər yeni doğulmuş körpələrin ölüm sayı 16 nəfər və ya təxminən 8,5 faiz artımla 207 olub. 0-4 yaş arası uşaqların ölüm sayı 25 nəfər və ya 11 faiz artaraq 251 olub”,-məlumatda belə deyilir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью