Ermənilərin sevinclə yaydığı xəbər feyk çıxdı

09.01.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Hazırda Vaşinqtonun Ermənistanla strateji tərəfdaşlıq haqqında sənəd imzalanması ilə bağlı nəzərdən keçirməli və ya elan edəcəyi heç nə yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti “Amerikanın səsi”nə bildirib.

Qeyd edək ki, ötən gün Ermənistan və ABŞ-ın tezliklə strateji tərəfdaşlıq haqqında sənəd imzalayacağı haqda xəbər yayılıb. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da belə bir sənəd imzalayacağı ilə bağlı məlumatı dolayı yolla təsdiq edib. Erməni mediası bunu ölkənin suverenliyini qorumaq üçün “güclü alət” kimi təqdim edib.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью