Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan xalqını təhqir etmiş ermənipərəst ABŞ konqresmeni Frank Peloni artıq ölkəni tərk edib.
Bu barədə diplomatik mənbələrdən məlumat daxil olub. Qeyd edək ki, F.Peloninin Azərbaycana səfəri ictimaiyyətin sərt qınağına və hiddətinə s
Bildirilib ki, əslində Frank Peloni noyabrın 18-dən COP29-da iştirak etməyi, Bakıda çoxsaylı görüşlər keçirməyi planlaşdırıb.
Bu məqsədlə o, ötən şənbə günü günorta Bakıya gəlib, həftəsonunu Bakını gəzməklə, qeyri-rəsmi görüşlər keçirməklə yaddaqalan etməyə çalışıb.
Lakin Bakıda hava limanında Azərbaycan mediasına yaxalanan Frank Peloni sualları cavablandırmayıb.
Onun gəlişindən xəbər tutan yerli QHT rəhbərləri və ictimai fəallar isə qalacağı hotelin qarşısına toplaşıblar.
Onların dağılışmasını gözləmək üçün ABŞ konqresmeni marşrutunu dəyişib, hotelə getməyib, qəfil COP29-da görünüb.