Ermənipərəst Ellen Borkla Əli Kərimlini hansı maraqlar birləşdirir? | Icma.az
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İstər ölkəmizdə, istərsə də xarici ölkələrdə hansısa trol və ya beynəlxalq təşkilatın nümayəndəsi, eləcə də dövlət rəsmisi Azərbaycan haqqında şər və böhtanlar səsləndirəndə Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, İsa Qəmbər və xaricdəki antimilli ünsürlər məmnunluq hissi keçirirlər.
Başlayırlar o qeyd olunan uydurma böhtanlar əsasında statuslar paylaşmağa.
Hətta o dərəcədə həyəcanlanırlar ki, özlərini həmin böhtanların əsas təqdimatçıları olaraq göstərirlər.
Yəni demək istəyirlər ki, xaricdəki antimilli qüvvələrin böhtanlarının hesabat formasında yayılmasında onların da rolu olub.
Belə fəxarət hissi keçirmək utancvericidir. Çünki ölkəsinə qarşı həqarətlərin bir hissəsi olmaq və bundan sevinc yaşamaq rüsavayçılıqdır.
Görünür bu kimi fəaliyyətin nəticəsində yeni qrantlar alır və mənəvi dəstək əldə edirlər.
Məhz qrant xatirinə istənilən xarici məkrli dairənin, o cümlədən erməni lobbisinin Azərbaycanla bağlı şər və böhtanlarına dəstək verir və yayılan dezinformasiyaların Azərbaycan cəmiyyətinə çatdırılmasında yüksək fəallıq göstərirlər.
Tam oxu
Xəbəri oxu