Ermənipərəst mer avtomobil yürüşünə mane ola bilmədi FOTO

20.07.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Parisdə klassik avtomobillərin yürüşü keçiriləcək. Avtosfer.az xəbər verir ki, 700 maşın Fransa paytaxtını qərbdən şərqə keçəcək. Yürüşdə iştirak edən avtomobillərin ən yaşlısı 1907-ci ildə istehsal edilmiş “Ford”dur.
Vinsen meşəsindən start götürəcək maşınlar 30 kilometr qət edərək Bulon meşəsinə çatmalıdır. İlk avtomobilin finişə saat 11.30-da (Bakı vaxtı ilə 13.30) çatması gözlənilir. 
Bir qədər də işin siyasi tərəfi barədə: Parisin ermənipərəst meri Ann İdalqo klassik texnikanın yürüşünə ekologiya bəhanəsi ilə mane olmağa çalışsa da, istəyinə nail ola bilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью