Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır. Xəbər verdiyimiz kimi ABŞ-ın erməni lobbi hərəkatının əsas fiqurlarından biri olan
Bəs ermənipərəst Pallonenin Azərbaycana səfər etməkdə məqsədi nədir?
"Bu onun növbəti avantürasına bənzəyir..." Milli.Az bildirir ki, politoloq Elxan Şahinoğlu məsələyə bu cür şərh verib: "Ermənipərəst konqresmen Frenk Pallone Bakıya ilk dəfə deyil gəlib.
O 1999-cu ildə Konqresin bir qrup nümayəndəsi ilə Azərbaycanda səfərdə olub.
Həmin il konqresmenlərlə görüşən mərhum dövlət başçısı Heydər Əliyev Azərbaycan torpaqlarının işğal altında qalmasına ədalətsiz yanaşmalarına görə onları tənqid etmişdi.
Konqresmenlər helikopterlə çadır şəhərçiklərinin birinə gedib orada yaşayan insanların bir qismi ilə görüşmüşdülər.
Təkcə Frenk Pallone qaçqınlarla görüşməkdən imtina etmişdi. Maraqlıdır ki, həmin il Frenk Pallone Azərbaycana xanımı ilə gəlmişdi.
Həmin görüşün maraqlı məqamlarından biri də buydu ki, konqresmenlər Heydə Əliyevdən mətbuatı görüşü tərk etmələrini istəmişdilər.