Ermənipərəst QHT nin ECOSOC statusu ləğv edilməlidir Ekspert şərhi | Icma.az
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 25 yanvar, AZƏRTAC Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Qeyri-Hökumət Təşkilatları (QHT) üzrə Komitəsinin sessiyası çərçivəsində ECOSOC-un məsləhətçi statuslu üzvü olan Christian Solidarity International (CSI) təşkilatının fəaliyyəti ilə bağlı narahatlığını ifadə edərək xüsusi məsələ qaldırıb.
Müzakirələrin nəticəsi olaraq, həmin təşkilata konkret suallar ünvanlanıb.BMT-nin İqtisadi və Sosial Şurasının xüsusi məşvərətçi statuslu üzvü olan “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT-lərə qarşı belə hallarda hansı tədbirlərin görülməli olduğunu AZƏRTAC-a şərh edib.
Ekspert qeyd edib ki, Azərbaycan haqlı olaraq CSI təşkilatının fəaliyyətini gündəmə gətirib və təşkilatın BMT prinsiplərinə və ECOSOC-un tələblərinə uyğunluğu ciddi şəkildə araşdırılmalıdır.O bildirib ki, Christian Solidarity International təşkilatının 2024-cü il iyulun 9-da və oktyabrın 1-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının tədbirləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən xəritələr nümayiş etdirməsi və ölkənin suveren ərazilərini qeyri-qanuni adlarla təqdim etməsi BMT prinsiplərinə ziddir.
Bundan əlavə, həmin tədbirlərə işğal dövründə Azərbaycana qarşı qeyri-qanuni fəaliyyətlərdə iştirak etmiş şəxslərin əsas çıxışçılar kimi dəvət olunması beynəlxalq hüququn normalarının pozulmasına birbaşa şərait yaradır.ECOSOC-un 1996/31 saylı Qətnaməsinə əsasən, əgər bir təşkilat:• BMT Nizamnaməsinə zidd fəaliyyət göstərirsə, üzv dövlətlərin suverenliyini və ərazi bütövlüyünü pozursa,• Siyasi və qərəzli fəaliyyətlərdə iştirak edirsə və ya dövlətlərə qarşı əsassız ittihamlar irəli sürürsə,• Qeyri-qanuni maliyyələşdirilmə və ya digər cinayətkar fəaliyyətlərlə əlaqələndirilirsə,• Son üç il ərzində ECOSOC və ya BMT-nin digər strukturlarına heç bir töhfə verməyibsə, bu halda həmin təşkilatın məsləhətçi statusunun dayandırılması və ya tamamilə ləğv edilməsi nəzərdə tutulur.
Azərbaycanın ECOSOC-da qaldırdığı bu məsələ beynəlxalq hüququn normalarına əsaslanaraq, CSI təşkilatının fəaliyyətinin obyektiv araşdırılmasını tələb edir.
Cəsarət Hüseynzadə qeyd edib ki, bu cür hallar ECOSOC-un təcrübəsində kifayət qədər mövcuddur.
Adətən, məsləhətçi statusun dayandırılması əsasən hesabat verilməməsi ilə bağlı həyata keçirilir.
Tam oxu
Xəbəri oxu