Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan “Sülh Şurası”na 1 milyard dollar məbləğində üzvlük haqqı ödəmədən üzv qəbul edilib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Onun sözlərinə görə, qeyd olunan üzvlük haqqı məcburi xarakter daşımır və yalnız müəyyən hallarda tətbiq olunur. Belə ki, bu məbləğ nizamnamə qüvvəyə mindikdən sonra bir il ərzində daimi üzv olmaq istəyini ifadə edən ölkələr üçün nəzərdə tutulub.
Ani Badalyan vurğulayıb ki, Ermənistan hazırda bu kateqoriyaya daxil deyil və buna görə də üzvlük üçün hər hansı maliyyə öhdəliyi daşımır.
Natiq Səlim,
KONKRET.az