Ermənistan 3+3 ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır

27.10.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

"3+3" platformasının iclası ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək.

APA xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"İndi biz nazirlərin növbəti görüşünün keçirilmə qaydasını Azərbaycan tərəfi ilə müzakirə edirik", - nazir qeyd edib.

Əvvəlki üç görüş ardıcıllıqla Moskva, Tehran və İstanbulda keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью