Ermənistan ABŞ dan Bakı ilə dəhlizin idarə edilməsi təklifi alıb | Icma.az
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yerevana Amerika tərəfdən Ermənistan və Azərbaycan əraziləri arasında nəqliyyat kommunikasiyalarının blokunu açmaq üçün dəhlizin idarə olunması təklifi gəlib.
Bizimyol.info xəbər verir ki,bunu Ermənistanın baş naziri Nikol Paşinyan təsdiqləyib.
“Hal-hazırda, bu, Amerikanın təklifidir və biz bu təklifi müzakirə edirik.
Biz bunda maraqlıyıq, lakin hələlik bu məsələdə razılığa gəlməmişik. Belə bir razılaşma əldə edilə bilərmi?
Bəli, ola bilər”, - deyə o, Azərbaycanla bağlanmış sülh müqaviləsi çərçivəsində nəqliyyat dəhlizinə nəzarəti hansı ölkə və ya beynəlxalq təşkilatın əldə edə biləcəyi ilə bağlı sualı cavablandırıb.
O, həmçinin qeyd edib ki, Avropa İttifaqı da nəqliyyat marşrutlarının idarə olunmasında maraqlıdır və bu, onun iyulun 14-də Brüssel və Parisə son səfəri zamanı müzakirə olunub.
““Global Gateway” proqramı (infrastruktur və nəqliyyatın inkişafı üçün Aİ təşəbbüsü) var, bu da bununla bağlıdır.
Tam oxu
Xəbəri oxu