Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Ermənistan hökuməti ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar paketini nəzərdən keçirir.
Bakıvaxtı.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu keçirdiyi brifinq zamanı bildirib.
Paşinyanın sözlərinə görə, İrəvan tərəfdaşları ilə münasibətlərdə şəffaf mövqe nümayiş etdirir və xüsusilə dost ölkələrlə əlaqələrin qorunmasına çalışır.
“Biz bütün tərəfdaşlarımızla çox şəffafıq. Xüsusilə dost ölkələrlə münasibətlərin belə qalması üçün əlimizdən gələni edəcəyik. Lakin keçə bilməyəcəyimiz bir xətt var – bu, Ermənistanın özünün sanksiyalara məruz qalması riskidir”, – deyə Paşinyan bildirib.