Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Ermənistanın digər ölkələrlə strateji münasibətlər qurması Azərbaycan üçün maraqlı deyil".
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə ABŞ və Ermənistan arasında imzalanan strateji saziş haqqında danışarkən deyib.
Millət vəkili bildirib ki, sözügedən proses Ermənistanın daxili işidir: "Rəsmi İrəvan müstəqil şəkildə qərar verə bilər.
Azərbaycan üçün vacib olan yeganə faktor əldə olunmuş razılığın ölkəmizə qarşı yönəlməməsidir.
Bizim tələblərimiz aydındır: Ermənistan ərazi bütövlüyümüzü tanısın, ölkəmizə qarşı iddialarından əl çəksin və ən nəhayəti sülh müqaviləsini imzalasın.
Rəsmi Bakı bu yöndə mövqeyini dəfələrlə bildirib və qarşı tərəfdən müvafiq addımlar gözləyir.
Qeyd etdiyim kimi, əldə edilmiş razılıq Azərbaycana qarşı deyilsə, münasibətlərin normallaşmasına təsir etməyəcəksə, bizim üçün önəmi yoxdur.