Ermənistan ABŞnin strateji tərəfdaşı olmaq istəyir

08.01.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Ermənistan və ABŞ nümayəndələri strateji tərəfdaşlıq sənədinin müzakirəsi üçün görüş hazırlayırlar.

News24.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan mətbuat konfransında bildirib.

"Biz strateji dialoqun səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa razılaşdıq. Müvafiq sənədlər müzakirə olunur", - o vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan və ABŞ rəsmiləri arasında görüş planlaşdırılır və nəticələr barədə məlumat veriləcək.

\\report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью