Ermənistan Aİ də hərbi attaşe təyin edəcək

06.03.2025

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan hökuməti bu gün keçirilən iclasda Avropa İttifaqında (Aİ) hərbi attaşenin təyin edilməsi barədə qərar qəbul edib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə hökumətin saytında dərc edilmiş əsaslandırmada qeyd olunub.

Sənəddə bildirilib ki, qərar Ermənistanla Aİ arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətli inkişafı nəzərə alınaraq qəbul edilib.

Qeyd olunub ki, NATO-dakı hazırkı hərbi attaşe həm də Aİ-də hərbi attaşe vəzifəsinə təyin ediləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью