“Ermənistan Aİ mülki müşahidə missiyasının ölkədən çıxarılması ilə bağlı danışıqlar aparmır”

23.01.2025

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ermənistan Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyasının ölkədən çıxarılması ilə bağlı danışıqlar aparmır”.

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə müsahibəsi zamanı məlumat verib.

“Biz ümid edirik ki, Brüssel bu missiyanın mandatını uzadacaq. Biz heç bir ölkə ilə münasibətlərimizi üçüncü ölkənin hesabına yaxşılaşdırmırıq. Ermənistan hesab edir ki, ABŞ və Aİ ölkələri ilə münasibətləri gücləndirməlidir”, - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью