Ermənistan Aİ yə üzv olmaq həvəsini itirəcək Lavrov

03.09.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın yaxın vaxtlarda Avropa İttifaqına (Aİ) üzv olmaq istəyi aradan qalxa bilər.

Rusiya KİV-nin məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şərq İqtisadi Forumunda bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı özünün uzaqgörən olmayan qərarları səbəbindən iqtisadi üstünlüklərini itirir.

“Serb dostlarımız, elə indi burada erməni həmkarlarımız hələ də deyirlər ki, biz Avropa İttifaqına üzv olmaq istəyirik. Əminəm ki, onlar bu həvəsi çox tezliklə itirəcəklər”, – deyə Lavrov bildirib. /Trend 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью