Ermənistan Aİ yolunu seçdi Kreml açıqlama verdi

12.02.2025

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat təmsilçisi Dmitri Peskov Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyinin onillərlə növbə gözləməklə qarşılaşacağını bildirib.
Xəbər verdiyimiz kimi, fevralın 12-də Ermənistan parlamenti "Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması barəsində" qanun qəbul edib.
Peskov jurnalistlərə açıqlamasında İrəvanın Avropa İttifaqına daxil olmaq istəyinin suveren hüququ olduğunu söyləyib: "Bu, Ermənistanın suveren hüququdur. Təbii ki, həm ermənilərin özləri, həm də hər kəs bunun nə dərəcədə qarşılıqlı istək olduğunu, avropalıların özünün buna qarşı münasibətini başa düşməlidir. Biz bir çox ölkələrin təcrübəsini bilirik ki, belə deyə bilərik ki, Ermənistan uzun növbəyə... onilliklərlə davam edəcək növbəyə qoşulur".
Hürr Tərcüman 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью