Ermənistan Aİyə üzv olur? Paşinyan açıqladı

09.01.2025

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

"Hökumət "Ermənistan Respublikasının Avropa İttifaqına (Aİ) qoşulmasına başlaması" barədə qanun layihəsinə etiraz etmir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan səsləndirib.

O əlavə edib ki, bu, ölkənin Aİ-yə üzv olması demək deyil:

"Məsələ ilə bağlı qərar yalnız referendum vasitəsilə verilə bilər. Seçkilər təyin olunmalı və bəlli sayda insan lehinə səs verməlidir. Daha sonra məsələ ilə bağlı yol xəritəsi hazırlanmalı və əlaqələr möhkəmləndirilməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью