Ermənistan arbitraj işi üzrə Azərbaycanın iddia sənədini alıb

14.02.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan arbitraj işi üzrə Azərbaycanın iddia sənədini alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsinin Ofisindən bildirilib.

Məlumata görə, Rəsmi İrəvan 12 fevral 2025-ci il tarixində Azərbaycan tərəfinin Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya ("Bern Konvensiyası”) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini alıb.

Qeyd edək ki, Azərbaycan Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. Azərbaycan Ermənistandan tam təzminat tələb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью