Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan mülki aviasiyası Avropa Birliyinin qara siyahısında qalır.
Axar.az xəbər verir ki, bunu Ermənistan ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan deyib.
“Yeni qanun pozuntuları aşkarlandığı üçün Ermənistan aviasiyası hələlik AB-nin qara siyahısından çıxarılmayacaq. Müəyyən edilmiş 40 çatışmazlıq aradan qaldırılıb, lakin yeniləri də aşkarlanıb və Mülki Aviasiya Komitəsi bu istiqamətdə iş aparır. Yeni çatışmazlıqlar texniki xarakter daşıyır və bəziləri qanunvericilik və struktur dəyişiklikləri tələb edir”, - o bildirib.
Qeyd edək ki, Ermənistan aviasiyası 2020-ci ilin iyun ayından AB-nin “qara siyahısı”ndadır.