Ermənistan Avropa İttifaqına daxil olmaq haqqında qanunu təsdiqlədi Prezident fərman imzaladı, Paşinyan isə referendum olacaq deyir

04.04.2025

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Ermənistan Avropa İttifaqına (Aİ) daxil olma haqqında qanunu təsdiqləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.

Fərmana əsasən, martın 26-da Ermənistan parlamentinin səs çoxluğu ilə qəbul etdiyi “Ermənistanın Aİ-yə üzvlüyünün başlanması haqqında qanun layihəsi” təsdiqlənib.

Baş nazir Nikol Paşinyan isə bəyan edib ki, qəbul edilən qanun Ermənistanın Aİ-yə üzvlük prosesinin avtomatik başlanması demək deyil: "Bu məsələnin referendum keçirilməsini tələb edir".

Samir Musayev

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью