Ermənistan Avropa İttifaqına həmişəkindən daha yaxın olub

13.01.2025

Icma.az xəbər verir, Anews saytına əsaslanaraq.

Avropa İttifaqı və Ermənistan indi həmişəkindən daha yaxındır. Bunu Avropa Komissiyasında (AK) keçirdiyi mətbuat konfransında Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Ənvər əl-Anuni jurnalistlərin sorğusuna əsasən Ermənistan hökumətinin Avropa İttifaqına qoşulma prosesinə başlamaq barədə qəbul etdiyi qərarı şərh edərkən deyib. 
"Davam edən müzakirələr Aİ-nin və onun dəyərlərinin cəlbediciliyini göstərir. Biz Ermənistana indiki qədər yaxın olmamışıq", - o deyib.
Əl-Anuni xatırladıb ki, Aİ və Ermənistan viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlayıb.

Bundan başqa, onun sözlərinə görə, Aİ Ermənistana maliyyə yardımını artırıb.
Əvvəllər Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib.

Aytac 


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью