Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Moskva, 10 yanvar, AZƏRTAC Ermənistan Avropa İttifaqına üzv qəbul edilərsə, MDB-nin də tərkibindən çıxmalı olacaq.AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimov deyib.
Senator vurğulayıb ki, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük digər oxşar təşkilatlarda iştirakla bir araya sığmır.
“Yeri gəlmişkən, əgər kimsə Avropa İttifaqına daxil olarsa, bu, təkcə Aİİ ilə deyil, həm də MDB ilə vidalaşmaq deməkdir”, - deyə Klimov izah edib.
O, Ermənistanın Avropa İttifaqına üzvlüyünü “absurd” adlandrıb.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da Ermənistanın Avropa İttifaqına daxil olması ilə Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağını bildirib.
O, nəticədə Ermənistanda qiymətlərin qalxacağını, elektrik enerjisinin bahalaşacağını, ixracın 70-80% azalacağını, vizasız rejim müqabilində əhalinin azalacağını, əhalinin gəlirlərini və iş yerlərini itirəcəyini proqnozlaşdırıb.
A.Overçuk İrəvanın Aİ-yə üzvlüyünü “Titanik” gəmisinə bilet almaqla müqayisə edib.