Ermənistan Avropa Komissiyasından 5 milyon avro alacaq

30.10.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa Komissiyası (AK) Ermənistana nüvə təhlükəsizliyini gücləndirmək üçün 5 milyon avro qrant maliyyəsi ayıracaq.
Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, Ermənistan hökuməti oktyabrın 30-da müvafiq sazişin imzalanmasını təsdiqləyib.
“Ermənistanda Nüvə Təhlükəsizliyi və Radiasiyadan Mühafizənin Gücləndirilməsi proqramı çərçivəsində Ermənistan Respublikası ilə Avropa Komissiyası arasında maliyyələşdirmə sazişinin imzalanması təsdiq edilsin”, - qərarda deyilir.
Vəsait əlavə olaraq Ermənistan Atom Elektrik Stansiyasında stress sınaqları üzrə milli fəaliyyət planına daxil edilmiş tədbirlərin həyata keçirilməsinə, Ermənistanın Nüvə Təhlükəsizliyi Tənzimləmə Komitəsinin potensialının artırılması və stansiyasının təhlükəsizlik səviyyəsinin mövcud təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsi yardımına ayrılacaq.

İlahə Qənbərli
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью