Ermənistan Azərbaycan dilində danışan gəncə cinayət işi açdı VİDEO KONKRET

31.03.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Ermənistan İrəvanda Azərbaycan dilində danışaraq video çəkən türkiyəli gəncə qarşı cinayət işi açıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan “Joxovurd” nəşrinin müxbirinə bildirib.

Abazyan ətraflı məlumat verməyib, o, jurnalistə İstintaq Komitəsi ilə əlaqə saxlamağı məsləhət görüb.

Qeyd edək ki, Azərbaycanda yaşayan və müəllim kimi çalışan Ogün Özdemir bir müddət əvvəl Gürcüstana, oradan isə Ermənistanın paytaxtına yollanıb.

Gənc səfər zamanı demək olar ki, hər addımını lentə alıb və İrəvanı “tarixi torpaqlarımız” adlandırıb.//Qafqazinfo

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью