Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi Ermənistanın ərazisinin kiçildilməsini nəzərdə tutmur. Onun sözlərinə görə, tərəflər razılaşdırılmış xəttdən kənarda yerləşdikləri ərazilərdən geri çəkilməlidirlər.
“Əgər siz «delimitasiya» sözündən istifadə edirsinizsə, zəhmət olmasa, bu sözün mənasını açıqlayın. Bizim irəlidə olduğumuz bütün yerlərdə geri çəkiləcəyik, onlar irəlidədirsə, onlar da geri çəkilməlidirlər”, – Simonyan bildirib.
Onun sözlərinə görə, sərhəd məsələsi Ermənistan və Azərbaycan arasında razılaşdırılmış qaydalarla tənzimlənir. Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, bu qaydalar hər iki tərəf üçün məcburi xarakter daşıyır.
Simonyan delimitasiya nəticəsində Ermənistan ərazisinin azalmasından danışmağın düzgün olmadığını da bildirib.
“Ermənistanın ərazisi 29 743 kvadrat kilometrdir”, – o vurğulayıb.