Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Keçən ilin mayından bəri sərhəddəki hadisələrin sayı kəskin azalıb. Vaşinqton görüşündən sonra heç bir hadisə qeydə alınmayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter deyib.
“2024-cü ilin fevralından bəri hansısa hadisə olmayıb. 2024-cü ilin yazında bizdən Xaçik kəndini izləməyimiz xahiş edildi. Təxminən 4 həftə ərzində hər gün orada olduq və heç bir hadisə baş vermədi.
Bizə sərhəddə ehtiyac olmayacaq, lakin sərhədyanı yaşayış məntəqələrininin monitorinqinə davam edəcəyik. İşimizin davam etdirilməsi, sərhədyanı yaşayış məntəqələrinə səfərlər barədə qarşılıqlı razılaşma var”, – Ritter bildirib.
Safura Bənnayeva
Globalinfo.az