Ermənistan Azərbaycan sərhədinə getməyin! ABŞ dən xəbərdarlıq

17.09.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

ABŞ Dövlət Departamenti Ermənistan üçün səyahət xəbərdarlığını yeniləyib və səyahət edənlərə sərhəd bölgələrinə getməməyi tövsiyə edib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, Azərbaycanla həmsərhəd olan ərazilər xüsusi narahatlıq doğurur: "Çünki regionda daha çox hərbi fəaliyyət baş verə bilər". 

Ermənistanda rəsmi iş görən Amerika vətəndaşlarına aşağıdakı ərazilərə səfər etmək qadağan edilib: Geqarkunik vilayətinin Vardenis şəhərinin şərqinə, Sünik vilayətinin Gorus rayonunun şərqinə və Sünik vilayətinin Qafan şəhərinin cənubuna.

Şəxsi səyahət edənlərə bu ərazilərdən uzaq durmaq tövsiyə olunur.

Ağarza Elçinoğlu


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью