Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib.
Modern.az xəbər verir ki, bunu sentyabrın 24-də jurnalistlərə açıqlamasında Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib.
Nazir ixracın hansı həcmdə həyata keçirildiyini açıqlamayıb.
Azərbaycana digər məhsulların da ixracının planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala isə o, qısa şəkildə “baxarıq” cavabını verib.