Ermənistan Azərbaycana nə ixrac edə bilər? Papoyan açıqladı

28.12.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


“Ermənistanda da Azərbaycana ixrac mümkündür”.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, bunu bu gün – dekabrın 28-də jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib
“Yalnız idxal deyil, ixrac da mümkündür, gözləyin – hər şey mümkündür. Gürcüstan dəmir yolundan kifayət qədər rəqabətqabiliyyətli tarif əldə etmişik, buna görə də imkanlar çoxdur. Düşünürəm ki, yaxın vaxtlarda Gürcüstan və Azərbaycan tərəfi növbəti uğurlu razılaşma barədə açıqlama verəcək, biz də təsdiqləyəcəyik”, – deyə nazir vurğulayıb.
O, jurnalistin “Ermənistan Azərbaycana nə təklif edə bilər?” sualına belə cavab verib:
“Məhsulların siyahısı var – alüminium, heyvanlar, meyvə-tərəvəz, bəzi növ içkilər, müxtəlif növ tekstil məhsulları, yəni iş aparılır, hazırda bu müzakirələr gedir”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью