Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanda keçiriləcək mümkün siyasi dəyişikliklər fonunda müharibə və ərazi iddialarının yenidən gündəmə gəlib-gəlməyəcəyi müzakirə olunur.
Xüsusilə də baş nazir Nikol Paşinyanın tərəfdarlarının seçkilərdə qələbə qazanmaması və müxalif qüvvələrin parlamentdə çoxluq əldə etməsi bu sualı aktuallaşdırır.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, hazırkı şəraitdə Ermənistan tərəfindən belə bir təşəbbüsün irəli sürülməsi real görünmür.
Onun sözlərinə görə, müharibə və ya ərazi iddialarını gündəmə gətirmək üçün ilk növbədə sülhə qədər mövcud olan nizamı geri çevirmək lazımdır.
“Destruktiv fəaliyyət göstərmək üçün müxalifətin əlində yetərli siyasi, hərbi və diplomatik vasitələr yoxdur.
Bunun üçün hansı silahları, hansı vasiətləri var? Bu suallar açıq qalır. Mövcud reallıqlar belə addımlara imkan vermir”.
Siyasi şərhçi eyni zamanda qeyd edib ki, ümumi mənzərədə regionda müəyyən gözlənilməzliklərin baş verməsi də istisna edilmir.