Ermənistan Azərbaycandan qaz alacaq

24.09.2026

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ermənistan mümkün olsa, Azərbaycandan qaz alacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.

“Mümkün olsa, həm Azərbaycandan, həm də İrandan qaz alacağıq”, - o bildirib.

Simonyan qeyd edib ki, Ermənistan qaz idxalını şaxələndirəcək, bir mərkəzdən (Rusiyadan) asılı olmayacaq.

Təhlükəsizlik Şurasının sədri Rusiyanın qazın qiymətindən Ermənistana qarşı siyasi alət kimi istifadə etdiyini də vurğulayıb.

“Qazın qiyməti də siyasi alətdir”, - Alen Simonyan əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью