Ermənistan Azərbaycandan şəkər tozu almaq üçün danışıqlara başladı

02.02.2026

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycandan Ermənistana dördüncü dərəcəli taxıl və dizel yanacağının idxalı ilə paralel olaraq, şəkər tozu idxalının təşkili üçün danışıqlar və praktiki işlər aparılır.

Bu barədə "Hraparak" saytı məlumat yayıb.

Nəşr mənbələrə istinadla bildirib ki, mövcud hökumətə yaxın oliqarx, Ermənistan parlamentinin keçmiş üzvü və şəkər idxalı inhisarçısı Samvel Aleksanyan bu məsələ ilə maraqlanır və onun arzusu tezliklə gerçəkləşəcək.

Xatırladaq ki, Azərbaycandan taxıl idxal edən şirkət də Samvel Aleksanyana məxsusdur. Benzin idxalçıları arasında isə iş adamının yeznəsi Samvel Mkrtçyana məxsus "Shisha World" MMC də var.

Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq, ötən ilin noyabrında tranzitlə taxıl göndərilib. Dekabrın 18-də isə Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb və artıq bir neçə dəfə məhsul partiyaları bu ölkəyə göndərilib. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.

Oxu.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью