Ermənistan Azərbaycanla sərhəddə yeni razılaşmaya getməlidir Rusiyalı ekspert

04.11.2026

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sərhədin mühafizəsi üçün müvəqqəti saziş imzalansın. Delimitasiya illərlə davam edə bilər”

Ermənistanın Azərbaycanla sərhədində təhlükəsizlik məsələsi yenidən gündəmə gəlib.

Sherg.az xəbər verir ki, Rusiyalı sərhəd təhlükəsizliyi eksperti, Rusiya sərhəd qoşunlarının veteranı Lev Azatxanyan delimitasiya və demarkasiya prosesi başa çatanadək sərhədyanı ərazilərdə yaşayan insanların müdafiəsi üçün təxirəsalınmaz tədbirlərin görülməsini təklif edib.

Ekspert hesab edir ki, sərhədlərin müəyyənləşdirilməsi uzun illər çəkə biləcəyindən Bakı və İrəvan arasında sərhədin müvəqqəti keçid xətti, onun mühafizəsi və insidentlərin qarşısının alınması ilə bağlı razılaşma əldə olunması müzakirə edilməlidir.

Azatxanyan Ermənistan hökumətinə sərhəd təhlükəsizliyi üzrə qurumlararası fəaliyyətin əlaqələndirilməsini, sərhəd qoşunlarının hazırlığının gücləndirilməsini və yerli sakinlərlə daimi əlaqə mexanizminin yaradılmasını da tövsiyə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью